Bu gün

Paşinyan: “Ermənistan və Türkiyə arasında sərhədlərin açılması an məsələsidir”

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ankara və İrəvan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması artıq zaman məsələsidir.

Təhlil.az xəbər verir ki, Paris şəhərində keçirilən VIII Sülh Forumunda çıxış edən Paşinyan vurğulayıb ki, prosesin qarşısında artıq əhəmiyyətli maneə qalmayıb:

“Bizim aramızda sülh var və  bu, reallıqdır. Bu, təkcə Azərbaycanla münasibətlərimizdə deyil, bütövlükdə region üçün tarixi dəyişiklikdir,” – deyə o qeyd edib.

Baş nazir konkret tarix açıqlamasa da, Ermənistan və Türkiyənin gələcəkdə siyasi və iqtisadi əməkdaşlıq quracağına və normal qonşulara çevriləcəyinə inandığını bildirib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?