Qazaxıstanda prezidentin sabiq müşaviri qətlə yetirilib

Qazaxıstanın paytaxtı Astanada Prezidentin sabiq müşaviri, Prezident yanında Mərkəzi Kommunikasiya Xidmətinin keçmiş rəhbəri Yerjan Babakumarov döyülərək qətlə yetirilib.
Təhlil.az xəbər verir ki, mərhum müxtəlif illərdə İnformasiya Nazirliyində, Almatı şəhər İcra Hakimiyyətində, Baş nazirin aparatında və Prezident Administrasiyasında rəhbər vəzifələrdə çalışıb.
O, həmçinin İctimai-Siyasi Elmlər Akademiyasının akademiki və Qazaxıstan Siyasi Elmlər Assosiasiyasının üzvü olub.
Yanvar hadisələrindən sonra Babakumarov ictimai həyatdan uzaqlaşaraq siyasət üzrə ekspert kimi fəaliyyət göstərib.
Fevral ayında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılıb və məhkəmənin qərarı ilə sürücülük hüququndan məhrum edilib.
Yerjan Babakumarov evli olub, onun bir oğlu və bir qızı var idi. Hadisə ilə bağlı istintaq aparılır.