Bu gün

Qətərin Baş naziri: “İsrail əsgərlərinə hücum fələstinlilərin pozuntusudur”

İsrail əsgərlərinə qarşı son hücum fələstinlilər tərəfindən törədilmiş pozuntu hesab olunur.

Təhlil.az xəbər verir ki, bunu Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani Xarici Əlaqələr Şurasında çıxışı zamanı qeyd edib.

O bildirib ki, dünən baş verən hadisə, yəni İsrail əsgərlərinə hücum fələstinlilər tərəfindən pozuntu idi.

Baş nazir həmçinin hər iki tərəflə intensiv təmasların aparıldığını və ABŞ-nin iştirakı ilə yaranan gərginliyin azaldılmasında bunun “əsas rol oynadığını” vurğulayıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?