Bu gün
Rusiyanın 6 hava limanında uçuşlar məhdudlaşdırılıb

Rusiyada bir sıra hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib.
Təhlil.az xəbər verir ki, Moskvanın Vnukovo və Domodedovo, eləcə də Volqoqrad, Kaluqa, Saratov və Yaroslavl hava limanlarında təyyarələrin hərəkəti dayandırılıb.
Məhdudiyyətlər Vnukovoda saat 03:05-də (Bakı vaxtı ilə 04:05), Domodedovoda isə saat 03:22-də elan olunub. Oxşar tədbirlər saat 02:58-də Rusiyanın digər regional hava limanlarında da tətbiq edilib.
Rəsmilər bu qərarın uçuş təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edildiyini bildiriblər.
Bu gün
Bu gün