Bu gün
Araik Harutyunyan: Yerevan və Bakı arasında intensiv danışıqlar aparılır

Ermənistan Baş nazirinin aparat rəhbəri Araik Harutyunyan bildirib ki, Yerevan və Bakı arasında bütün istiqamətlərdə intensiv danışıqlar aparılır. Sərhədlərin demarkasiyası, təhlükəsizlik və xarici siyasət məsələləri müzakirə olunur.
Təhlil.az-ın məlumatına görə, Harutyunyan qeyd edib ki, "Nəticələr tədricən ictimaiyyətə açıqlanır - məsələn, Ermənistan yüklərinə qoyulan qadağanın aradan qaldırılması". Danışıqların əsas məqsədi sülh müqaviləsinin imzalanmasıdır.