ABŞ kəşfiyyatı: Putin istədiyinə nail olmayınca müharibəni dayandırmayacaq

ABŞ kəşfiyyatının qiymətləndirmələrində qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putin ordunun böyük itkilərinə və iqtisadi çətinliklərə baxmayaraq, Ukraynadakı müharibəni davam etdirməkdə israrlıdır.
Təhlil.az “NBC News”un məlumatına istinadla xəbər verir ki, artıq müharibənin dördüncü ilində Rusiya iqtisadiyyatı resessiya həddinə yaxınlaşır. Buna baxmayaraq, Putin daha aqressiv mövqe tutaraq, itkiləri əsaslandırmaq və Ukraynanın daha çox ərazisini ələ keçirmək niyyətindədir.
“The Economist” yazır ki, hazırkı hücum tempi ilə Rusiya Donbas və digər qismən işğal olunmuş bölgələri tam ələ keçirmək istəyirsə, bu müharibə 2030-cu ilə qədər uzana bilər.
Jurnalın hesablamalarına görə, may ayında başlayan yeni hücum əməliyyatlarından bəri Rusiya cəmi 0,4% Ukrayna ərazisini ələ keçirə bilib və əldə olunan nəticələr minimaldır.