Bu gün
Tramp Kim Çen İnlə görüşə bilməyib

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşə bilməyib.
İki ölkə arasında qrafik barədə razılıq əldə olunsaydı, ötən dəfə olduğu kimi, görüş demilitarizasiya zonasında baş tuta bilərdi.
"Kim Çen İni çox yaxşı tanıyıram... Həqiqətən də vaxt barədə razılığa gələ bilmədik", - deyə Tramp bildirib.
ABŞ lideri indi Si Cinpinlə görüşünün gözlənildiyini qeyd edib.
“Bu, dünya və hamımız üçün çox vacibdir", - Tramp vurğulayıb