Bu gün
Vyetnamda daşqınlar fəlakətə səbəb oldu: 9 ölü, 5 nəfər itkin

Vyetnamda rekord həddə yağan yağışların yaratdığı daşqınlar nəticəsində ən azı doqquz nəfər həlak olub, beş nəfər isə itkin düşüb.
Təhlil.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, Hue və Hoi An kimi məşhur turizm bölgələrində 103 mindən çox ev su altında qalıb.
Torpaq sürüşmələri səbəbindən Hanoi ilə Ho Şi Min şəhəri arasında qatar xidməti dayandırılıb.
Fövqəladə xidmətlər bölgədə xilasetmə və təxliyə işlərini davam etdirir.
Bu gün