Bu gün

Niderlandda növbədənkənar parlament seçkiləri keçiriləcək

Oktyabrın 29-da Niderlandda parlamentin aşağı palatası üçün növbədənkənar seçkilər keçiriləcək.

Təhlil.az xəbər verir ki, Krallığın konstitusiyasına əsasən, səsvermə bir gün ərzində baş tutacaq.

Ölkə üzrə 9 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:30-da açılacaq və 21:00-da bağlanacaq.

Niderland mediasının məlumatına görə, bu il xaricdə yaşayan 135 minə yaxın Niderland vətəndaşı səsvermə üçün qeydiyyatdan keçib.

Bu göstərici ötən ilki seçkilərlə müqayisədə 25% çoxdur və rekord səviyyə hesab olunur.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?