Bu gün

Paşinyan Britaniya səfiri ilə Bakı–İrəvan sülhünü müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın Yerevandakı yeni təyin olunmuş səfiri Nikolaz Kolu qəbul edib.

Təhlil.az xəbər verir ki, görüş zamanı Ermənistan və Böyük Britaniya arasında ticarət və iqtisadi əlaqələrin inkişafı, həmçinin digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasının vacibliyini vurğulayıblar.

Söhbət zamanı, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, sülhün bərqərar olması və regional əlaqələrin açılması istiqamətində atılan addımlar da diqqət mərkəzində olub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?