Bu gün
ABŞ–Azərbaycan Strateji İşçi Qrupu fəaliyyətə başlayır

ABŞ–Azərbaycan Strateji İşçi Qrupu yaxın günlərdə fəaliyyətə başlayacaq.
Təhlil.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.
Bildirilib ki, bu təşəbbüs Vaşinqton və Bakı arasında əməkdaşlığın yeni mərhələsini formalaşdırmağı hədəfləyir.
Departamentin mətbuat xidmətinin açıqlamasında qeyd olunur:
“ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun nizamnaməsi ilk dəfə olaraq ABŞ və Azərbaycan arasında regional əlaqə, iqtisadi investisiya və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək üçün strateji tərəfdaşlığın təməlini qoyacaq”.
Bu gün