Bu gün
Rioda silahlı toqquşmalar: şəhər döyüş zonasına çevrilib

Braziliyanın Rio-de-Janeyro şəhərində polis qüvvələri ilə narkokartellər arasında şiddətli toqquşmalar davam edir.
Təhlil.az xəbər verir ki, şəhərin şimal bölgəsində atışmalar, yandırılmış avtomobillər və təhlükədən gizlənən sakinlər barədə məlumatlar yayılıb.
Yerli mətbuatda qeyd olunanlara əsasən, silahlı qarşıdurma nəticəsində onlarla insan, o cümlədən iki polis əməkdaşı və bir neçə mülki şəxs həlak olub.
Polisin 2,5 min nəfərlik qüvvə ilə keçirdiyi genişmiqyaslı reydə cavab olaraq, kartel üzvləri yolları baryerlər və ələ keçirilmiş avtobuslarla bağlayıblar. Narkotacirlər FPV tipli dronlardan da istifadə edərək polis qüvvələrinə hücumlar həyata keçirirlər.
Dünən