29 oktyabr

Tramp Vaşinqtonda Özbəkistan Prezidenti Mirziyoyevlə görüşəcək

ABŞ Prezidenti Donald Tramp gələn həftə Vaşinqtonda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüş keçirəcək.

Təhlil.az-ın məlumatına görə, ABŞ Dövlət katibinin müavini bildirib ki, görüşün gündəliyi barədə hələlik ətraflı məlumat verilməyib.

Lakin ekspertlər bu görüşü iki ölkə arasında diplomatik münasibətlərin möhkəmlənməsi istiqamətində mühüm addım kimi qiymətləndirirlər.