Bu gün
Lavrov: "NATO Avropanı böyük müharibəyə sürükləyir"

NATO-ya üzv ölkələrin rəhbərləri Vaşinqtonu Ukrayna münaqişəsinin sülh yolu ilə həllindən imtina etməyə inandırmağa çalışırlar.
Təhlil.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən III Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı deyib
Lavrov bəyan edib ki, Avropa artıq yeni böyük müharibəyə hazırlaşdığını gizlətmir.
Nazir qeyd edib ki, NATO-nun genişlənməsi bir an belə dayanmayıb və əlavə edib:
“Rusiya razı ola bilməz ki, bizim bu böyük və gözəl qitəmiz Şimali Atlantika Alyansının hökmranlıq etdiyi bir əraziyə çevrilsin”.