Bu gün
Zelenski: "Ukrayna 250 döyüş təyyarəsi alacaq"

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin yaxın illərdə 250-yə qədər yeni döyüş təyyarəsi əldə etməyi planlaşdırdığını açıqlayıb.
Təhlil.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu məqsədlə ABŞ, Fransa və İsveç hökumətləri ilə danışıqlar aparılır. Yeni aviasiya donanmasının tərkibinə F-16, Gripen və Rafale tipli qırıcıların daxil ediləcəyi gözlənilir.
“Ukrayna Hərbi Hava Qüvvələrinin gələcək tələbatı 250 təyyarədən ibarətdir,” – deyə dövlət başçısı vurğulayıb.
Prezident əlavə edib ki, İsveç istehsalı olan Gripen təyyarələri Ukrayna üçün prioritet sayılır:
“Bu qırıcılar texniki xidmət baxımından ən ucuzdur və silah istifadəsi baxımından da əlverişlidir. Hər şey onlara bağlıdır”.