Bu gün

Lukaşenko: “Azərbaycan və Ermənistan arasında sülh sazişi regionda uzunmüddətli sabitlik üçün ümid yaradır

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində mühüm addımdır. Təhlil.az xəbər verir ki, Minskdə keçirilən III Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxış edən Lukaşenko vurğulayıb:

“Son vaxtlar bir sıra uzunmüddətli münaqişələr üzrə çıxış yollarına nail olunub. Mən çox ümid edirəm ki, bu həll yolları uzunmüddətli olacaq... Azərbaycan və Ermənistan sülh sazişi imzalayıb — bu, başlanğıcdır və ümid edirik ki, yaxşı başlanğıcdır”. Belarus lideri həmçinin Qəzza zolağında iki illik müharibənin başa çatmasını qeyd edərək, əldə olunan razılaşmaların regionda sabitlik üçün əsas rol oynayacağını bildirib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?