Bu gün

Paşinyan seçkiləri tezləşdirir?

Ermənistanın Baş naziri Nikol Paşinyanın komandası onun parlament seçkilərinin vaxtını dəyişmək niyyətində olmasından şübhələnir.

Təhlil.az-ın məlumatına görə, Paşinyanın lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasının seçki qərargahının rəhbərinin və təşviqat üzrə müavininin artıq indidən təyin edilməsi partiya üzvləri üçün gözlənilməz olub.

Ermənistan Baş naziri aparatının rəhbəri Araik Arutyunyan qərargah rəhbəri, deputat Vaaqn Aleksanyan isə onun təşviqat üzrə müavini təyin edilib.

Bu qərar partiya daxilində Paşinyanın seçkiləri vaxtından əvvəl keçirməyi planlaşdırdığı barədə ehtimalları gücləndirib.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayına təyin olunub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?