Bu gün
NASA 2025 US6 asteroidinə dair məlumatları bazadan silib

NASA Yerə yaxın obyektlər siyahısında yer alan 2025 US6 asteroidinə dair məlumatlara çıxışı bağlayıb və bu barədə bütün qeydləri açıq məlumat bazalarından silib.
Təhlil.az xəbər verir ki, əvvəlki məlumatlara əsasən, diametri təxminən iki metr olan asteroidin 2025-ci il oktyabrın 28-də Yer kürəsindən təxminən 150 min kilometr məsafədən keçəcəyi bildirilmişdi.
Mərkəzi Rusiyanın səmasında parlaq meteorun görünməsindən sonra 2025 US6 asteroidinə dair məlumatlara həm NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının (JPL) saytında, həm də Avropa Kosmik Agentliyinin güzgülərində giriş bağlanıb.
Hazırda məlumatların silinmə səbəbləri barədə rəsmi açıqlama verilməyib.