Bu gün

ABŞ-də hökumətin bağlanması nüvə silahlarının inkişafını ləngidə bilər

ABŞ-də davam edən hökmət bağlanması (shutdown) ölkənin nüvə silahlarının inkişaf proqramında ciddi gecikmələrə səbəb ola bilər.

Təhlil.az xəbər verir ki, bağlanma nəticəsində ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) işçilərinin əksəriyyəti təxminən 1400 nəfər ödənişsiz məzuniyyətə göndərilib. Bu, agentliyin tarixində ilk belə haldır.

Hazırda yalnız məhdud sayda əməkdaş işini davam etdirir. ABŞ administrasiyası isə Pentaqondan modernləşdirilmiş silahların istehsalını sürətləndirməyi tələb edir.

Ekspertlər bildirirlər ki, istehsalın hətta qısamüddətli dayanması belə, nüvə materialları ilə işin təhlükəsiz şəkildə dondurulmasının çətinliyi səbəbindən silahların inkişaf qrafikini əhəmiyyətli dərəcədə ləngidə bilər. Hazırkı vəziyyət administrasiyanın öz “iddialı milli təhlükəsizlik məqsədlərinə” zidd nəticələr doğura bilər.

 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?