Zəlzələdən sonra 100-dən çox afterşok qeydə alınıb

Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra 100-dən çox təkrar təkan (afterşok) qeydə alınıb.
Təhlil.az xəbər verir ki, onlardan ən güclüsünün 4,4 bal olduğu bildirilir.
Zəlzələ nəticəsində 19 nəfər xəsarət alıb.
Türkiyənin Fəlakətlərə Qarşı Mübarizə Planı işə salınıb.
Daxili İşlər naziri Əli Yerlikaya bildirib ki, indiyədək 504 müraciət daxil olub, onlardan 25-i struktur zədələri ilə bağlıdır.
Balıkəsir Valiliyinin açıqlamasına görə, zəlzələ səbəbindən vilayətdə təhsil bir günlük dayandırılıb.
Həmçinin dövlət müəssisə və təşkilatlarında çalışan hamilə və əlil işçilərin inzibati məzuniyyətə göndəriləcəyi elan edilib.
Hadisə ilə əlaqədar Manisanın Akhisar, Soma, Demirci, Kırıkağaç və Gördes rayonlarında da məktəblər bir günlük bağlanıb.