Bu gün
Balıkesirdə zəlzələ: 19 nəfər yaralanıb

Türkiyənin Balıkesir vilayətində baş verən zəlzələ nəticəsində 19 nəfər xəsarət alıb.
Təhlil.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının açıqladığı məlumata əsasən, yaralıların bir qismi panika zamanı qaçarkən yıxılaraq xəsarət alıb.
Hazırda bölgədə xilasetmə və zərər qiymətləndirmə işləri davam etdirilir.
Zəlzələ Balıkəsirlə yanaşı, İstanbul, Manisa, İzmir və Aydın kimi vilayətlərdə də hiss olunub.
Qeyd edək ki, zəlzələnin 6,1 bal gücündə qeydə alındığı bildirilir.