Bu gün
ABŞ-də 42 milyondan çox insan ərzaq yardımı ala bilməyəcək

ABŞ-də noyabrın 1-dən etibarən əlavə ərzaq yardımı proqramı dayandırılacaq. Təhlil.az xəbər verir ki, bu proqramdan ölkədə hər səkkizinci vətəndaş istifadə edir, yəni təxminən 42 milyon insan təsirlənəcək.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, bu, senatda proqramın maliyyələşdirilməsinə qarşı 12 dəfə səs verilməsi nəticəsində baş verib.
Bundan əlavə, ABŞ Maliyyə naziri Skot Bessent xəbərdarlıq edib ki, hazırkı dövlət idarələrinin bağlanması davam edərsə, noyabrın 15-dən hərbçilərin maaşı ödənməyə bilər.