Bu gün

Tehranda iki avtobus toqquşdu: 30-a yaxın yaralı var

İranda, Tehran əyalətində xüsusi yolda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 30-a yaxın şəxs xəsarət alıb.

Təhlil.az xəbər verir ki, Tehran əyalətinin Təcili Yardım Xidmətinin sözçüsünün verdiyi məlumata görə, qəza yerli vaxtla səhər saat 06:47-də baş verib. Hadisə yerinə 10 təcili yardım avtomobili və bir təcili yardım avtobusu cəlb olunub.

İlkin məlumata əsasən, toqquşma nəticəsində 26 nəfər yaralanıb. Onlardan birinə hadisə yerində tibbi yardım göstərilib, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?