Bu gün
Tramp: əgər o istəsə, Kim Çen İnlə görüşməkdən məmnun olaram

Tramp bildirib ki, əgər ona da maraqlıdırsa, Şimali Koreya lideri Kim Çen İnlə Asiya səfəri zamanı görüşməkdən məmnun olardı. Təhlil.az xəbər verir ki, ABŞ lideri bu barədə Yaponiyaya gedərkən təyyarəsində jurnalistlərə bildirib.
"Mən bunu əvvəlcə deməmişəm, qeyd etməmişəm, amma görüşmək istəsə, onunla görüşməkdən məmnun olaram. Kim Çen İnlə gözəl, uzunmüddətli münasibətlərim var, mən onu bəyənirəm, o da məni bəyənir. Əgər görüşmək istəsə, mən Cənubi Koreyada olacağam", - Tramp deyib.
Söhbət Ağ Evin "YouTube" kanalında yayımlanıb.
Bu gün