Bu gün
Rusiya Azərbaycanla humanitar əlaqələri bərpa etmək istəyir

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, Moskva Azərbaycanla humanitar və mədəni əlaqələri əvvəlki səviyyədə bərpa etməyə hazırdır.
Təhlil.az xəbər verir ki, onun sözlərinə görə,bu məsələdə “dərin maneələr yoxdur” və hər iki tərəf əməkdaşlığa eyni dərəcədə maraqlıdır.
Şvıdkoy vurğulayıb ki, Rusiya və Azərbaycanı əsrlər boyu davam edən ortaq tarix, ailəvi və mədəni bağlar birləşdirir.
O həmçinin qeyd edib ki, iki xalqı ortaq mənəvi və əxlaqi dəyərlər birləşdirir, bu da cəmiyyətin möhkəm təməlinə çevrilir.
Bu gün