Bu gün

TÜRKPA Baş katibi Ramil Həsən Ankarada Cevdet Yılmaz və Dövlət Baxçalı ilə görüşüb

TÜRKPA Baş katibi Ramil Həsən Ankarada Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb.

Təhlil.az xəbər verir ki, Ramil Həsən vitse-prezidentə Parlament Assambleyasının fəaliyətinə dair məlumat verib və TÜRKPA-nın gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşüb. Həmçinin parlament dialoqunun gücləndirilməsinə, qanunvericilik koordinasiyasının təşviqinə və türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə yönəlmiş hazırkı təşəbbüsləri və gələcək layihələri vurğulayıb.

Görüş zamanı həmçinin qardaşlıq münasibətlərinin genişləndirilməsi və türk dünyasında daha güclü tərəfdaşlığın təşviqi məqsədilə gələcək təşəbbüslər müzakirə olunub.

Baş katib, həmçinin MHP sədri Dövlət Baxçalıya Parlament Assambleyasının fəaliyyəti, hazırki təşəbbüslər və üzv parlamentlər arasında daha sıx əməkdaşlığın təmin olunmasına yönəlmiş gələcək tədbirlər barədə məlumat verib.

Dövlət Baxçalı TÜRKPA-nın fəaliyyətinin və institusional potensialının daha da inkişaf etdirilməsinə tam dəstək nümayiş etdirib.

Görüş zamanı tərəflər dövlətlər arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və TÜRKPA-nın türk dünyasında həmrəylik və ortaq dəyərlərin təşviqi platforması kimi rolunun artırılması məsələlərini müzakirə ediblər.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?