Bu gün
Tramp Si Cinpinlə Rusiya-Ukrayna müharibəsini müzakirə edəcək

ABŞ lideri Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəklər. Təhlil.az xəbər verir ki, bu barədə Tramp Çin lideri ilə keçirəcəyi görüşlə bağlı fikirlərini səsləndirərkən deyib.
“Mən, demək olar, əminəm ki, bizim çox yaxşı görüşümüz olacaq. Hətta, bəlkə də, bu görüş çox uğurlu alınacaq. Fikrimcə, faydalı danışıqlar aparacağıq. Müzakirə edəcəyimiz mövzulardan biri Rusiya-Ukrayna müharibəsidir. Bu barədə mütləq danışacağıq. O da bu müharibənin bitməsini istəyir”, – deyə Tramp qeyd edib.
Bu gün