Bu gün
Kiyevdə partlayışlar nəticəsində səkkiz nəfər yaralanıb

Ukraynanın paytaxtı Kiyevdə bir neçə partlayış baş verib.
Təhlil. az xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, partlayışlar nəticəsində şəhərin Desnyan və Darnitsa rayonlarında qeyri-yaşayış binalarında güclü yanğınlar baş verib. Dnepr rayonunda isə bir sıra yaşayış binaları zədələnib, avtomobillər yararsız hala düşüb. Həmçinin yaşayış binalarından birinin həyətində krater əmələ gəlib.
Kliçko bildirib ki, hücum nəticəsində ümumilikdə səkkiz nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Hazırda hadisə yerində yanğınsöndürən və xilasedici qruplar fəaliyyət göstərir.
Bu gün