Dünən
Finlandiya dekabr ayında Şərqi Avropa müdafiə sammitinə ev sahibliyi edəcək

Dekabrın 16-da Finlandiya Şərqi Avropa ölkələrinin müdafiə sahəsində əməkdaşlığını müzakirə etmək üçün zirvə görüşünə ev sahibliyi edəcək. Təhlil.az “Yle” qəzetinin cümə günü yaydığı məlumata istinadla xəbər verir ki, görüşdə Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstan iştirak edəcək. Qəzet bu barədə Finlandiyanın Baş naziri Petteri Orponun Brüsseldə keçirilən Aİ sammitindən sonra verdiyi açıqlamaya istinadən məlumat yayıb. Bəyanatda deyilir:
"Məqsəd şərq sərhəd ölkələrinin müdafiəsini gücləndirmək üçün konkret əməkdaşlığa başlamaq və şərq sərhəd ölkələri üçün maliyyələşdirmənin növbəti Avropa Çoxillik Maliyyə Çərçivəsində necə təmin ediləcəyini müzakirə etməkdir".