Bu gün
Rusiya Odessa vilayətinə idarəolunan aviasiya bombaları ilə hücum edib

Rusiya ilk dəfə Odessa vilayətinə idarəolunan aviasiya bombaları ilə hücum edib.
Bu barədə “UNIAN“ Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiperə istinadən məlumat yayıb.
“Bu gün baş verən hava hücumu zamanı Rusiya ordusu bölgəmizin mülki infrastrukturuna qarşı ilk dəfə idarəolunan aviasiya bombalarından istifadə edib. Bu, Odessa vilayəti üçün ciddi və yeni təhlükədir”, – Kiper bildirib.
O, bu cür hücumların insanlar üçün böyük təhlükə yaratdığını və genişmiqyaslı dağıntılara səbəb ola biləcəyini vurğulayıb.
Rəsmilər əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.