Bu gün

Hadson İnstitutu: Azərbaycan ABŞ üçün əsas tərəfdaşdır

Tramp administrasiyası başa düşür ki, Cənubi Qafqaz artıq ABŞ maraqlarının periferiyasında deyil. Bu region qlobal geosiyasətin həyati bir nöqtəsinə çevrilir. Bu, bütün dünya güclərinin maraqlarının kəsişmə nöqtəsidir - bəzən yaxınlaşma, bəzən toqquşma. Xüsusilə, Azərbaycan ABŞ üçün əsas tərəfdaş kimi seçilir. Qərb üçün isə regionun geniş resurslarına və strateji marşrutlarına açılan qapıdır. Bakı Rusiya, Türkiyə və Xəzər hövzəsi arasında yerləşən enerji mərkəzi, tranzit dəhlizi və təhlükəsizlik müttəfiqi kimi unikal rol oynayır.

Təhlil.az xəbər verir ki, bu sözləri Hadson İnstitutunun Yaxın Şərq Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doran Vaşinqtonda keçirilən "ABŞ Cənubi Qafqazda: Yeni Strateji İmkanların Müəyyən Edilməsi" konfransında deyib.

O, Rusiya və İrandan yan ötərək Azərbaycandan keçən infrastruktur layihələrinin, eləcə də ticarət və enerji marşrutlarının ABŞ rəqiblərinin təsirini azaltdığını vurğulayıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?