Bu gün

Tramp Kolumbiya və Meksikanın narkotik kartellərinin nəzarəti altına keçdiyinə inanır

ABŞ prezidenti Donald Tramp Kolumbiya və Meksikanın tamamilə narkotik kartellərinin nəzarəti altında olduğuna inanır.

Təhlil.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərlə söhbətində Vaşinqtonun narkotik qaçaqmalçılığına qarşı mübarizə adı altında Latın Amerikasında hərbi gücdən istifadəsini artırmasını şərh edərkən deyib: "Onlar öz ölkələrində qorxu içində yaşayırlar. Çünki kartellər həmin ölkələri idarə edir". Buraya Kolumbiya da daxildir. Kolumbiya narkotik yuvasıdır və bu, uzun müddətdir belədir. İndi orada pis bir lider var. Onlar əvvəllər heç görmədiyimiz səviyyədə kokain istehsal edirlər", - deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin Meksika prezidenti Klaudiya Şeynbauma "böyük hörmət" bəslədiyini də bildirib.

"O, cəsur qadındır, amma Meksika kartellər tərəfindən idarə olunur və biz özümüzü bundan qorumalıyıq", - deyə Vaşinqton administrasiyasının rəhbəri əlavə edib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?