Bu gün
Gürcüstanın keçmiş Baş nazirinə qarşı ittiham irəli sürülüb

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülüb
Təhlil.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze brifinqdə Məlumat verib. Onun sözlərinə görə, Qaribaşvili xüsusilə külli miqdarda gəlirin leqallaşdırılmasında ittiham olunur.
Qeyd edək ki, Qaribaşvili oktyabrın 22-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib. O, illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.