Bu gün

Hindistanda qəza: 20 nəfər diri-diri yandı

Hindistanın cənubunda baş verən ağır yol qəzası faciə ilə nəticələnib.

Təhlil.az-ın məlumatına görə, 44 sərnişin daşıyan avtobus motosikletlə toqquşub və toqquşma zamanı yanacaq çəni deşilərək alovlanıb.

Hadisə anında sərnişinlərin əksəriyyəti yuxuda olub. Alov qısa müddətdə avtobusun bütün hissələrinə yayılıb.

Nəticədə ən azı 20 nəfər diri-diri yanaraq həlak olub, bir neçə nəfər isə ağır yanıq xəsarətləri alıb. Hadisə yerinə təcili yardım və xilasedicilər cəlb olunub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?