Bu gün

Mask milyonlarla “Optimus” robot ordusu quracaq

Amerikalı milyarder Elon Mask “Tesla” şirkətinin milyonlarla Optimus humanoid robot istehsal etməyi planlaşdırdığını açıqlayıb.

Təhlil.az xəbər verir ki,  Maskın sözlərinə görə, Optimus robotunun istehsal prototipi 2026-cı ilin fevral və ya mart aylarında hazır olacaq. Şirkət tammiqyaslı istehsala gələn ilin sonlarında başlamağı planlaşdırır və bir milyonadək robot istehsal etməyi hədəfləyir.

Bununla belə, Mask “Tesla” investorları ilə görüşdə gələcəkdə bu qədər nəhəng bir robot ordusuna nəzarət imkanlarının məhdud ola biləcəyindən narahat olduğunu etiraf edib:

“Əhəmiyyətli təsirim olmadığı təqdirdə bu robot ordusunu yaratmaqda özümü rahat hiss etmirəm”, – deyə Mask bildirib.

Qeyd edək ki, “Tesla” artıq Optimus layihəsinin sınaq mərhələsini uğurla başa vurub və şirkət bu texnologiyanı süni intellektlə idarə olunan əmək qüvvəsinin yeni mərhələsi kimi təqdim edir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?