Bu gün

Orban: “Macarıstan Aİ-nin onu Ukraynadakı müharibəyə sürükləməsinə icazə verməyəcək”

Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə müharibə əleyhinə keçirilən “Sülh Yürüşü”ndən sonra təşkil olunan mitinqdə ölkəsinin Ukrayna müharibəsində iştirak etməyəcəyini bəyan edib.

Təhlil.az-ın məlumatına görə, Orban bildirib ki, Budapeşt nə Ukraynaya hərbi yardım göstərəcək, nə də münaqişədə tərəf kimi çıxış edəcək:

“Biz pulumuzdan, silahlarımızdan imtina etməyəcəyik və Ukrayna uğrunda ölmək üçün müharibəyə getməyəcəyik. Rusiya-Ukrayna müharibəsi bizim müharibəmiz deyil,” – deyə o vurğulayıb.

Macarıstan lideri həmçinin Avropa İttifaqı ölkələrinin Kiyevə dəstəyini tənqid edərək bildirib ki, AB liderləri hərbi əməliyyatları maliyyələşdirməyə davam edir və artıq Ukraynaya hərbi yardım üçün 180 milyard avrodan çox vəsait ayıran “könüllülər koalisiyası” yaradıblar.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?