Bu gün

Azərbaycan və İndoneziya Qəzzada sabitlik missiyasına rəhbərlik edəcək

Qəzza zolağında yaradılması planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə Azərbaycan və İndoneziya rəhbərlik edə bilər.

Təhlil.az xəbər verir ki, bu iki ölkə "on minlərlə hərbçidən ibarət çoxmillətli kontingentin əsasını" təşkil edəcək.

Qərarın İsrailin Türkiyə qoşunlarının missiyada iştirakına veto qoymasından sonra qəbul edildiyi bildirilir. ABŞ da İsrailin bu mövqeyini dəstəkləyib.

Qəzet qeyd edir ki, İndoneziya BMT-nin himayəsi altında beynəlxalq sülhməramlı missiyalarda geniş təcrübəyə malikdir. Azərbaycan isə İsrailin ən yaxın təhlükəsizlik və müdafiə tərəfdaşlarından biri kimi göstərilir.

Hazırda Azərbaycan və İndoneziya bölmələrinin yerləşdirilməsi ilə bağlı koordinasiya işləri aparılır, lakin proses hələ ilkin mərhələdədir.

Cakarta tərəfi missiyanın yalnız BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənəcəyi halda iştirak etməyə razılıq verəcəyini vurğulayıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?