Bu gün

Maduro: Venesuelanın arsenalında 5 min “İqla-S” kompleksi var

Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin hava hücumundan müdafiə sistemləri barədə açıqlama verib.

Təhlil.az-ın məlumatına görə, o bildirib ki, Venesuela ordusunun arsenalında 5 minədək “İqla-S” zenit-raket kompleksi mövcuddur və bunlar əhalinin təhlükəsizliyini və sabitliyi təmin etmək üçün əsas mövqelərdə yerləşdirilib.

“Dünyadakı hərbçilər "İqla-S"in gücünü yaxşı bilirlər. Bizim məqsədimiz – sülhü və sabitliyi qorumaq, Venesuelanı toxunulmaz etməkdir,” – deyə Maduro vurğulayıb.

Prezident əlavə edib ki, Venesuela heç kimə təcavüz etmir, amma eyni zamanda özünü qorumağa tam hazır olmalıdır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?