Bu gün
Qazaxıstanda naməlum PUA partlayıb, hava məkanına nəzarət gücləndirilir

Qazaxıstan Müdafiə Nazirliyi Qərbi Qazaxıstan vilayətinin Burlinski rayonunda naməlum PUA-nın partladığını təsdiqləyib. PUA-nın qalıqları ucqar ərazidə, əhalinin yaşadığı ərazidən kənarda aşkarlanıb.
Təhlil.az xbər verir ki, tələfat və maddi ziyan qeydə alınmayıb, hava məkanına nəzarət gücləndirilir.
PUA-nın potensial sahibi ola biləcək xarici tərəfdaşlarla məsləhətləşmələrin aparıldığı bildirilir.