Nikol Paşinyan Azərbaycanın qərarının önəmindən danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırması ilə bağlı qərarı ilə bağlı fikirlərini bildirib. Təhlil.az xəbər verir ki, Paşinyan deyib.
"Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmaq qərarı o deməkdir ki, Ermənistan tədricən blokadadan çıxır. Tezliklə iqtisadiyyatımızın strukturunda əsaslı dəyişikliklər baş verəcək. Artıq iki gündür ki, Azərbaycanın Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlaması ilə bağlı müzakirələr gedir. Bu, Vaşinqton Bəyannaməsi və əldə olunan razılaşmaların bəzilərinin təsvir etməyə çalışdığı kimi sadəcə bəyannamə olmadığını nümayiş etdirən çox mühüm qərardır. Yəni bunlar konkret nəticə verən bəyannamələrdir”.