Bu gün
Kramatorskda jurnalistlər həlak oldu

Ukraynanın “Freedom” kanalının jurnalisti Yelena Qubanova və operatoru Yevgeni Karmazin Rusiyanın “Lancet” dron hücumuna məruz qalan avtomobildə həyatlarını itiriblər.
Təhlil.az-ın məlumatına görə, Donetsk Regional Dövlət Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib ki, Yelena və Yevgeni müharibənin ilk günlərindən bölgədə işləyir, ən təhlükəli məntəqələrdə olub və həmişə ilk məlumatları çatdırıblar.