Bu gün

Gümrüdəki kütləvi iğtişaşlara görə 13 nəfər həbs edilib

Gümrüdəki kütləvi iğtişaşlarla bağlı iş üzrə 13 nəfər həbs edilib.

Təhlil.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Bu iş üzrə adı keçən yetkinlik yaşına çatmamış şəxs barəsində ev dustaqlığı və yaşadığı yeri tərk etməmək barədə iltizam tətbiq edilib", - məlumatda bildirilib.

Xatırladaq ki, Gümrü meri Vardan Qukasyana dəstək aksiyasından sonra saxlanılanların sayının 37-yə çatıb. Kütləvi iğtişaşlarda iştirak faktı üzrə cinayət işi açılıb. İstintaq Komitəsi 19 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatət göndərib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?