Bu gün
Tramp bildirib ki, o, Çinin Rusiya nefti almasını Si ilə müzakirə edəcək

Donald Tramp Cənubi Koreyada Si Cinpinlə görüşdə Çinin Rusiya nefti alması və Ukraynada müharibəyə son qoymağın yollarını müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə, Çin lideri Putinə "böyük təsir" göstərə bilər.
Təhlil.az xəbər verir ki, Tramp həmçinin nadir torpaq metalları, ABŞ soya paxlasının alışının bərpası və nüvə arsenallarının azaldılması ilə bağlı razılaşmanı müzakirə etməyi planlaşdırır: “Düşünürəm ki, biz hər şeyi razılaşdıracağıq".