Bu gün

Neft Fondunun aktivləri 70 milyard dollara çatıb

Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 70 milyard 161,7 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ilin əvvəlinə nisbətən 16,9% artım deməkdir.

Təhlil.az xəbər verir ki, Fondun məlumatına əsasən, yanvar-sentyabr aylarında ARDNF-in büdcə gəlirləri 13 milyard 73,5 milyon manat, xərcləri isə 10 milyard 917,8 milyon manat olub.

Neft-qaz sazişlərindən 7,8 milyard manat, o cümlədən mənfəət neftinin satışından 7 milyard manat, fondun vəsaitlərinin idarə edilməsindən isə 5,2 milyard manat gəlir əldə edilib.

Bu dövrdə dövlət büdcəsinə 10,8 milyard manat transfert həyata keçirilib, həmçinin təhsil proqramlarının maliyyələşməsinə 34,3 milyon manat ayrılıb.

Fondun açıqlamasına görə, aktivlərdəki artım əsasən investisiya gəlirləri və büdcədənkənar valyuta fərqləri hesabına formalaşıb.

Hesabatda qeyd olunur ki, qızıl bazarındakı artım və səhm bazarlarının müsbət performansı da ARDNF-in gəlirlərinə əhəmiyyətli təsir göstərib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?