Bu gün
Britaniya NATO-nun əmri ilə rus hərbi gəmisini saxladı

Şimal dənizində gərgin diplomatik insident baş verib.
Təhlil.az xəbər verir ki, Britaniya donanmasının “HMS Duncan” destroyeri və “Wildcat” helikopteri NATO əmri ilə Rusiyanın “Vitse-admiral Kulakov” adlı sualtı qarşıtı gəmisini saxlayıb.
Əməliyyat Fransa donanması və Hollandiya NH90 helikopteri ilə koordinasiyalı şəkildə həyata keçirilib. Rusiya gəmisi Britaniyanın müşahidə zonasına daxil olduqdan sonra müdaxilə edilib.
Mənbələrin bildirdiyinə görə, bu, Britaniya hərbi qüvvələrinin NATO əmri ilə rus hərbi gəmisini saxlaması tarixində ilk hadisədir.
Hadisə bölgədə gərginliyin artdığı bir vaxtda baş verir və NATO-nun Şimal dənizindəki fəaliyyətinin intensivləşdiyinin növbəti göstəricisi kimi qiymətləndirilir.