Bu gün

Mirzoyan Frankofoniya Təşkilatında “TRIPP” layihəsini təqdim etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisə işgüzar səfəri çərçivəsində Beynəlxalq Frankofoniya Təşkilatının (İİF) baş katibi Luiza Muşikivabo ilə görüşüb.

Təhlil.az xəbər verir ki, görüşdə İİF çərçivəsində əməkdaşlıq məsələləri və 2027-ci ildə Ermənistanda keçiriləcək 10-cu Frankofoniya Oyunlarına hazırlıq prosesi müzakirə olunub.

Ararat Mirzoyan, həmçinin avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar barədə məlumat verib və TRIPP kommunikasiya layihəsinin təqdim etdiyi yeni imkanları baş katibin diqqətinə çatdırıb.

Luiza Muşikivabo Ermənistanın Frankofoniya Təşkilatının sülh gündəliyinə və proqramlarına fəal dəstəyini yüksək qiymətləndirib və gələcək əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?