Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqlədi

Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı hazırlanan 19-cu sanksiya paketini yekdilliklə təsdiqləyiblər.
Təhlil.az xəbər verir ki, Avropa İttifaqının sonuncu ölkəsi 19-cu sanksiya paketinə etirazlarını geri götürüb. Sanksiyaların Aİ Şurasında nazirlər səviyyəsində təsdiqlənməsi üçün yazılı prosedura başlanılıb.
"Əgər etirazlar daxil olmasa, sabah səhər saat 8:00-a qədər sanksiyalar təsdiqlənəcək”, – deyə Danimarka sədrliyinin bəyanatında bildirilir.
Avropa Komissiyası yay aylarında bu sanksiya paketinin sentyabrda “sürətlə qəbul ediləcəyini” açıqlamışdı. Lakin Aİ daxilində yaranan fikir ayrılıqları səbəbindən proses bir neçə ay gecikib.
Komissiyanın əvvəlki açıqlamalarına əsasən, 19-cu paketə qara siyahının genişləndirilməsi, Rusiya neftini daşıyan onlarla tankerin bazar qiymətləri ilə qəbuluna qadağa, eləcə də yeni ticarət və maliyyə məhdudiyyətləri daxildir. Bundan başqa, Aİ ölkələrinin Rusiyanın enerji resurslarını, o cümlədən maye təbii qazı (LNG) almasına da yeni məhdudiyyətlər tətbiq ediləcək.
Sanksiyalar paketinin qüvvəyə minməsi üçün sənədin Aİ Şurası tərəfindən nazirlər səviyyəsində təsdiqlənməsi tələb olunur.