Bu gün

Gürcüstanlı nazir: Bölgəmiz qlobal miqyasda çox böyük əhəmiyyətə malikdir

Gürcüstan Azərbaycanla Ermənistan arasında əlaqələrin inkişafını alqışlayır. Biz bu prosesi müşahidə etməkdən çox məmnunuq.

Bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili 5-ci Tbilisi İpək Yolu Forumunda panel müzakirəsi zamanı deyib.

“Bu gün biz regionda dinamizmi görürük və bu, şübhəsiz ki, Cənubi Qafqaz üçün bir fürsətdir. Bölgəmiz kiçik olsa da, təkcə Avropa və Asiya üçün deyil, həm də qlobal miqyasda çox böyük əhəmiyyətə malikdir”, - deyə nazir qeyd edib.

“Gürcüstan Azərbaycan və Türkiyə ilə onilliklər boyu əməkdaşlıq əsasında qurulmuş strateji tərəfdaşlığa malikdir. Bu əlaqələr çox mühüm layihələrdə öz əksini tapır və Orta Dəhlizə əlavə dəyər verir. Gürcüstanın zəngin yaxşı və məhsuldar strateji tərəfdaşlıq təcrübəsi, şübhəsiz ki, Gürcüstana Şərqlə Qərbi birləşdirən mühüm rola görə əlavə üstünlük verir. Biz Avropa və Asiya üçün həyati əhəmiyyət kəsb edən Orta Dəhlizin inkişafında əsas rol oynamağa hazırıq”, - Boçorişvili əlavə edib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?