Bu gün

Tramp və Putin vaxt itirmək istəmir

Nə Prezident Tramp, nə də Prezident Putin vaxt itirmək istəmir. Bunlar effektiv və səmərəli işləməyə öyrəşmiş iki prezidentdir, lakin effektivlik həmişə hazırlıq tələb edir.

Təhlil.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Putin və Tramp sammit keçirmək qərarına gəliblər, çünki Ukrayna ətrafındakı vəziyyət liderlərin müdaxiləsini tələb edir”, - deyə Peskov əlavə edib.

Bundan başqa, o təsdiqləyib ki, Rusiyanın Ukrayna ilə münaqişənin həlli ilə bağlı şərtləri məlumdur və dəyişməyib:

"Rusiya bunu dəfələrlə edib. Bizim mövqeyimiz hamıya yaxşı məlumdur. Şərtləri prezidentimiz açıq şəkildə ifadə edib və onlar hamıya məlumdur. Hazırda bu məsələ ilə bağlı sizə əlavə xəbərimiz yoxdur".

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan etmişdi ki, Putinlə Trampın görüşünə ciddi maneə yoxdur.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?