Bu gün

Viktor Orban: "Trampla Putinin Budapeştdəki görüşünə hazırlıq davam edir"

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin Budapeştdə keçiriləcək mümkün görüşünə hazırlıq davam edir.

Təhlil.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkələrdə məlumat yayıb.

"Macarıstanın xarici işlər naziri Peter Siyarto Vaşinqtondadır.

Tramp və Putinin görüşünə hazırlıq davam edir.

Tarix hələ müəyyən edilməyib", - M.Orban yazıb.

Xatırladaq ki, ABŞ və Rusiya iki ölkə liderlərinin Budapeştdəki görüşünə hazırlığın dayandırıldığını bəyan edib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?